• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Mərkəzi Bank milli taksonomiya üzərində işi bitirib

Mərkəzi Bank  milli taksonomiya üzərində işi bitirib
01.11.2024 17:01
Azərbaycan Mərkəzi Bankı milli taksonomiyanın hazırlanması üzərində işi bitirib və onu Nazirlər Kabinetinə  təqdim edib. Bu barədə Mərkəzi Bankın baş direktru Şahin Mahmudzadə məlumat verib. 
 
"Milli taksonomiya bizə yaşıl adlanan layihələri müəyyən etməyə imkan verəcək. Bu qaydalar təsdiq ediləndən sonra banklar onlara uyğunolaraq sahibkarların təqdim etdikləri layihənin "yaşıl layihə" kriteriyalarına cavab verib vermədiyini müəyyənləşdirərəck",  -  Mahmudzadə bildirib. 
 
O həmçinin deyib ki, milli taksomaniya təsdiqlənmədiyi üçün "yaşıl kreditlər"i banklar onları təqdim edən beynəlxalq maliyyə institutlarının qəbul etdiyi ta
taksomaniya əsasında ayırırlar. 
 
Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, "milli taksonomiya" müəyyən ediləndən sonra ölkədə "yaşıl kreditlərə" tələbin nə qədər olduğu bilinəcək.
 
"Hələlik isə bir onu deyə bilərik ki, yaşıl layihələrə hökumət xüsusi diqqət yetirir və onların icrası prioritetdədir",  -  Kazımov vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
COP29 11:50
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
Mərkəzi Bank  milli taksonomiya üzərində işi bitirib
COP29 17:01
Mərkəzi Bank milli taksonomiya üzərində işi bitirib
Qarabağda və Şərqi Zəngəzurda 32 elektrik stansiyası tikilir
COP29 17:55
Qarabağda və Şərqi Zəngəzurda 32 elektrik stansiyası tikilir
Mərkəzi bank iki beynəlxalq dayanıqlı şəbəkəni yaratmaq üzərində çalışır
COP29 15:52
Mərkəzi bank iki beynəlxalq dayanıqlı şəbəkəni yaratmaq üzərində çalışır
Kapital  COP29-la bağlı yaşıl bankçılıq konsepsiyasını hazırlayır
COP29 10:49
Kapital COP29-la bağlı yaşıl bankçılıq konsepsiyasını hazırlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol