On mindən çox azərbaycanlı 4Sİ proqramından istifadə edib - Fariz Cəfərov

10:31 | 26.01.2024
On mindən çox azərbaycanlı 4Sİ proqramından istifadə edib - Fariz Cəfərov

On mindən çox azərbaycanlı 4Sİ proqramından istifadə edib - Fariz Cəfərov

2023-cü ilin sentyabrın 15-dən Coursera platformasında 4-cü Sənaye İnqilabı Akademiyasının (4Sİ) təqaüd proqramından 10 mindən çox azərbaycanlı istifadə edib. Bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı Direktoru Fariz Cəfərov deyib.

"Eyni zamanda həmin vətəndaşların ödənişsiz 8000-dən çox proqrama girişi təmin edilib. Bu proqramı 1 300-dən çox şəxs uğurla bitirib. Bu günə qədər 6654 şəxs qeydiyyatdan keçib”-  Cəfərov yanvarın 26- da 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan mətbuat konfransında açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, 6 həftədən bir 1000 azərbaycanlı bu proqramdan yararlanır.

"Hətta bəzi gənclər 6 həftədə 40 böyük təşkilatın sertifikatını, universitetinin diplom proqramlarını alıb. "Courseran”ın əsas böyük avantajlarından onun mobil tətbiqinin olmasıdır. Hətta bir dəfə internetə qoşulub proqramı yükləməklə bu tədris proqramdan yararlanmaq olur. Orada testlərdən keçirlər, imtahanlar verir sonda diplom əldə etmiş olurlar", - direktor əlavə edib.

Cəfərov süni intellekdən istifadə etməklə ilk dəfə Coursera platformasında olan 7000-dən çox kursu Azərbaycan dilinə tərcümə etməyin  qarşıda duran məqsəd olduğunu vurğulayıb.

O proqramdan istifadə edən 10 mindən çox azərbaycanlının içərisində şəhid ailə üzvlərinin, həmçinin işsiz şəxslərin də olduğunu söyləyib.
 
"Həmin işsiz şəxslər üçün proqramı bitirdikdən sonra iş tapma imkanı yaranır. Coursera platformasında 4Sİ Akademiyası dünya üzərində ən yaxşı nəticəsi olan proqram kimi dəyərləndirilib. 70%-dən çox kursu bitirənlər ilə uğura imza atmışıq”,- o əlavə edib.
 
Cəfərovun sözlərinə görə, Coursera platformasından istifadə etməyin əsas məqsədi insanlara yeni tətbiq olunan texnologiyaların bilik və bacarıqlarını və həmin texnologiyalardan istifadə etmə imkanlarını artırmaqdır.
 
"Davus Formunda İqtisadiyyat Nazirliyinin Courseranın Prezidenti ilə görüşündən sonra imzalanmış texniki protokol və müqaviləyə əsasən ötən il ilk dəfə bu layihəyə başladıq.
Coursera 132 milyon istifadəçisi olan dünyanın ən böyük təhsil platformalarından biridir. Bu platformada 300-dən çox universitet, eyni zamanda böyük şirkətlərin diplom və sertifikat proqramları tədris olunur. Burada Stanford Universiteti, Oxford Universiteti Meta şirkəti və s. böyük şirkətlərin proqramları təsis olunur. Mövzular isə süni intellekt, big data, blok change, proqramlaşdırma, rəqəmsal transformasiya, dövrü sənaye inqilabının müstəqil aspektləri ilə bağlı olan təlimlər və sertifaktlar proqramları, biznes analtika və s.dir. Rəqəmsal iqtisadiyyatda insanların bilik bacarıqlarını artırmaq olduqca vacibdir. Biz nə qədər texnologiyalar tətbiq ediriksə, bir o qədər insanların bilik və bacarıqlarını həmin texnologiyalardan istifadə imkanlarını artırmalıyıq. Eyni zamanda dünya sürətlə dəyişdiyinə görə, Azərbaycan vətəndaşlarının da dəyişikliyə uyğunlaşması, texnologiyaları tətbiq etməsi olduqca vacibdir. Bu proqram AP Skil dediymiz, yəni peşələrin inkişafı, biliklərin artırılması, yeni bacarıqlar əldə edilməsi istiqamətində insanlara dəstək olur”, - o əlavə edib.
 

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti