COVID-19-a görə Azərbaycanda bu iş yerlərində bayram tətili olmayacaq - SİYAHI

21:45 | 14.03.2020
COVID-19-a görə Azərbaycanda bu iş yerlərində bayram tətili olmayacaq - SİYAHI

COVID-19-a görə Azərbaycanda bu iş yerlərində bayram tətili olmayacaq - SİYAHI

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Oxu.Az-a bildirilib.
Həmin dövlət strukturları aşağıdakılardır: 

-  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
-  Azərbaycan Respubikasının Nazirlər Kabineti
-  Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət 
Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri) 
-  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) 
-  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 
-  Azərbaycan Respublikasının Baş Prokurorluğu
-  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
-  Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
-  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
-  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
-  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
-  Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
-  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 
-  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
-  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
-  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
-  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
-  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
-  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
-  Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
-  Azərbaycan Respublikasının Mərkəzi Bankı
-  "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
-  "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
-  "Azəriqaz” İstehsalat Birliyi
-  "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
-  SOCAR Qapalı Səhmdar Cəmiyyəti
-  "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət
Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb