Şimali Makedoniyada koronaviruslu xəstələrin olduğu xəstəxanada yanğın baş verib, hadisə zamanı azı 15 pasientin öldüyü, 20-dən çox şəxsin yaralandığı bildirilir.
Bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe öz tviter hesabında məlumat verib.
Yanğın Tetovo şəhərində yerləşən xəstəxanaların birində baş verib.
Ölkənin Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etməyib.
Bizi sosial şəbəkələrdə izləyin !