Üçqat Avropa çempionuna vəzifə verildi - FOTO

17:33 | 14.01.2019
Üçqat Avropa çempionuna vəzifə verildi - FOTO

Üçqat Avropa çempionuna vəzifə verildi - FOTO

Üçqat Avropa çempionu olan azərbaycanlı idmançıya vəzifə verilib.

Anews.az-ın Trend-ə istinadən veridiyi məlumata görə, Uşu-Sanda üzrə Avropa çempionu Elçin Eminov Azərbaycan Uşu Federasiyasının təşkilatı məsələlər üzrə şöbəsinin müdiri təyin edilib.

Bu barədə Federasiya prezidenti Azər Həsənsoy əmr imzalayıb.

Xatırladaq ki, Elçin Eminov Uşu-Sanda idman növü üzrə 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medal sahibi və Prezident mükafatçısıdır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM