“Crocus”dakı terrorda qəhrəmanlıq göstərmiş İslam mükafatlandırılıb - Video

18:06 | 02.04.2024
“Crocus”dakı terrorda qəhrəmanlıq göstərmiş İslam mükafatlandırılıb - Video

“Crocus”dakı terrorda qəhrəmanlıq göstərmiş İslam mükafatlandırılıb - Video

Martın 22-si Moskvada "Crocus City Hall”da törədilən terror aktı zamanı çox sayda insanın həyatını xilas edən İslam Xəlilova Rusiya universitetlərinin birində təhsil almaq üçün qrant verilib.Bu barədə TASS xəbər verib.
 
Əslən qırğızıstanlı olan İslam Xəlilovun mükafatlandırılması ilə bağlı Dövlət Dumasında tədbir keçirilib.

Tədbirdə 15 yaşlı gəncin valideynləri ilə yanaşı Qırğızıstanın Moskvadakı səfiri Gülnara-Klara Samat da iştirak edib.

İslam Xəlilov ona istənilən Rusiya universitetində təhsil almaq imkanının verilməsinə görə minnətdarlığını bildirib.

"Crocus City Hall”un qarderobunda işləyən İslam Xəlilov terror aktı zamanı 100-dən çox insanın həyatını xilas edib. Sosial şəbəkələrdə ilk olaraq onun azərbaycanlı olduğu bildirilirdi.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM