ANS PRESS-in xəbərinə görə, həmin gün mədəndə qalan oğlu fəhlə Tezcan Gökçeden xəbər almaq üçün gedən ata Receb Gökçenin ayaqlarında cırıq qaloş vardı.
Məlumata görə, qəzanın baş verdiyi yerdə 38 gün işləyən TV jurnalisti Ata Gündüz Kurşun qayıdanda Receb Gökçedən qaloşlarını istəyib. Jurnalist cırıq qaloşları Afyonkarahisarda biznesmen İbrahim Alimoğluna verib. Biznesmen bu qaloşları maraqlı eksponatların nümayiş olunduğu şəxsi muzeyinə qoyacaq.
Qeyd edək ki, fəhlə atasının cırıq qaloşları uzun müddət ölkə ictimaiyyəti arasında müzakirə obyekti olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !