Azərbaycan cüdoçuları üç medal qazandı

22:30 | 24.10.2021
Azərbaycan cüdoçuları üç medal qazandı

Azərbaycan cüdoçuları üç medal qazandı

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında cüdoçularımız daha üç medal qazanıblar.

Anews.az  xəbər verir ki, bu gün cüdoçularımızdan Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) bürünc medal qazanıblar.

Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM