Cüdoçularımızdan dörd medal

13:00 | 04.07.2021
Cüdoçularımızdan dörd medal

Cüdoçularımızdan dörd medal

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

"Qafqazinfo" xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Belə ki, oğlanların mübarizəsində Xəyal Həsənov (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. Gümüş medalı 60 kiloqram çəki dərəcəsində yarışan Aydın Rzayev qazanıb.

Qızların yarışında isə Aydan Vəliyeva millimizə gümüş medal qazandırıb. Beləliklə, milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb