“Estadio Mineyrao” stadionunda “F” qrupunun ikinci turunda Arqentina İranl sınağa çəkdi.
Oxu.Az xəbər verir ki, oyun İran yığmasının ilk turda Nigeriya ilə 0:0 hesabı ilə bitən matçını xatırlatdı. İran yığması oyunun sonunadək çox inamla müdafiə olunurdu.
Hətta ikinci hissədə əks hücumlarda bir neçə dəfə hesabı açmağa yaxın oldular. Lakin ikiqat dünya çempionlarının qapıçısı Serxio Romero inamlı oynayırdı. İran yığmasının qapıçısı Əlirza Həqiqi də çox gözəl oyun nümayiş etdirdi.
90 dəqiqə ərzində İranın qapısına yol tapmayan cənubi amerikalılar, buna hakimin əlavə etdiyi dəqiqələrdə müvəffəq oldular.
Messi ani zərbə ilə oyunun taleyini həll etdi.
Arqentina 1:0
Bu Arqentina yığmasının ikinci qələbəsidir. Onlar xallarını sayını 6-ya çatdırılar və pley-off mərhələsinə vəsiqəni təmin edirlər.
Məğlubiyyətə baxmayaraq İran yığması üçün hələ heç nə itirilməyib. Onlar son turda Bosniya və Hersoqovina komandasına qalib gəlsələr, və Arqentina Nigeriyanı 2 və ya artıq top fərqi ilə məğlub etsə, pley-off mərhələsinə çıxa bilərlər.
Oxu.az