DÇ 2014: Belçika 1/8 finalda, Portuqaliya bərabərə qaldı

09:31 | 23.06.2014
DÇ 2014: Belçika 1/8 finalda, Portuqaliya bərabərə qaldı

DÇ 2014: Belçika 1/8 finalda, Portuqaliya bərabərə qaldı

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçirilib.H qrupunda Belçika Rusiya millisinə 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları münasibətlərinə aydınlıq gətirib. Oyun Afrika təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:2G qrupunda isə bir oyun baş tutub. ABŞ və Potuqaliya yığmaları üz-üzə gəlib. Oyunda hesabı avropalılar açsa da, ABŞ millisi əzmkar oyunu ilə hesabı 2:1 öz xeyrinə dəyişə bilib. Görüşün son saniyələrində isə portuqaliyalılar bərabərlik qolunu vurmağı bacarıb. Qeyd edək ki, Paulo Bentunun komandası bu görüşdə məğlub olsaydı, qrupdan çıxmaq şansını itirəcəkdi. 22 İyunG qrupu03:00. ABŞ - Portuqaliya - 2:2 Qollar: Nani, 5 (0:1), Cons, 64 (1:1), Demsi, 82 (2:1), Varela, 90+5 (2:2)H qrupu00:00. Cənubi Koreya - Əlcəzair - 2:4 Qollar: Süleymani, 27 (0:1), Xaliş, 29 (0:2), Cabu, 38 (0:3), Min, 50 (1:3), Brahimi, 62 (1:4), Ço, (2:4)21:00. Belçika - Rusiya - 1:0 Qol: Oriqi, 88 (1:0)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM