Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçirilib.B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi. Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkib. Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcəkdi. Bu matçda isə Hollandiya 2:0 hesabı ilə qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk edib.A qrupunda Kamerun Braziliya ilə üz-üzə gəlib. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaqdı ki, buna nail olub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finalda Çili yığması ilə qarşılaşacaq. Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri üz-üzə gəliblər. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçilib. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. Lakin bu oyunda 3:1 hesabı ilə qələbə qazanan Meksika millisi qrup ikincisi kimi 1/8 finalda Hollandiyanın rəqibi olub.
23 İyunB qrupu21:00. Avstraliya - İspaniya - 0:3Qollar: David Vilya, 36 (0:1), Fernando Torres, 69 (0:2), Xuan Mata, 82 (0:3)21:00. Hollandiya - Çili - 2:0 Qollar: Fer, 77 (1:0), Depay, 90+2 (2:0)
A qrupu01:00. Kamerun - Braziliya - 1:4 Qollar: Neymar, 17 (0:1), Matip, 26 (1:1), Neymar, 35 (1:2), Fred, 49 (1:3), Fernandinyo, 84 (1:4)01:00. Xorvatiya - Meksika - 1:3Qollar: Rafael Markez, 72 (0:1), Quadrado, 75 (0:2), Xavyer Hernandez, 82 (0:3), Perişiç, 87 (1:3)Qırmızı vərəqə: Rebiç, 89 (Xorvatiya)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !