DÇ 2014: Bütün 1/4 final cütlükləri müəyyənləşdi

09:01 | 02.07.2014
DÇ 2014: Bütün 1/4 final cütlükləri müəyyənləşdi

DÇ 2014: Bütün 1/4 final cütlükləri müəyyənləşdi

 Braziliyada keçirilən futbol üzrə dünya çempionatında bütün 1/4 final cütlükləri müəyyənləşib.APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, sonuncu cütlüyü Argentina və Belçika təşkil edib. Argentina 1/8 finalda İsveçrəni, Belçika isə ABŞ millisini məğlub edib. Maraqlıdır ki, 1/4 finala ancaq öz qrupunda birinci yeri tutan komandalar çıxıb. Bütün finalçılar: Almaniya-Fransa (04.07, 21.00) Braziliya-Kolumbiya (05.07, 01.00) Argentina-Belçika (05.07, 21.00) Hollandiya-Kosta-Rika (06.07, 01.00) ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM