DÇ-2014: Droqbanın komandasının əzmkar qələbəsi - FOTO + VİDEO

12:00 | 15.06.2014
DÇ-2014: Droqbanın komandasının əzmkar qələbəsi - FOTO + VİDEO

DÇ-2014: Droqbanın komandasının əzmkar qələbəsi - FOTO + VİDEO

Resifidə “C” qrupunun ikinci oyununda Kot D'İvuar Yaponiya yığması ilə qarşılaşdı.  Oxu.Az xəbər verir ki, güclü yağışın yağmasına baxmayaraq, oyun olduqca baxımlı alındı.

Artıq 16-cı dəqiqədə Milanın yarımmüdafiəçisi Keysuke Honda təxminən 15-lik məsafədən dəqiq zərbə ilə topu tora göndərdi. İlk hissə yaponların minimal üstünlüyü ilə bitdi. Qeyd etmək lazımdır ki, Didye Droqba ilk dəqiqələrdən ehtiyatda saxlanmışdır.

İkinci hissənin əvvəllərində də oyunun xarakteri dəyişməmişdir. Afrikalıların oyunu yalnız 61-ci dəqiqədə Droqbanın oyuna buraxılmasından sonra alınmağa başladı.

64-cü dəqiqədə  Uilfred Boni hesabı bərabərləşdirdi, 66-da isə Jervinyo afrikalıların qələbə topunu vurdu. Hər iki qolda Serj Orye məhsuldar ötürmə ilə yadda qaldı.

Oyunun ən yaxşı futbolçusu isə Yaya Ture seçildi. O, 90 dəqiqə ərzində 50 dəqiq ötürmə və 2 qapıya zərbə ilə yadda qaldı.

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM