Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçiriləcək.B qrupunda Avstraliya İspaniya ilə qarşılaşacaq. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyil.Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkəcək. Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq. Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
23 İyunB qrupu21:00. Avstraliya - İspaniya21:00. Hollandiya - Çili
A qrupu01:00. Kamerun - Braziliya (iyunun 23-dən 24-nə keçən gecə)01:00. Xorvatiya - Meksika (iyunun 23-dən 24-nə keçən gecə)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !