Braziliyanın Belu-Orizonte şəhərinin “Estadio Mineyrao” stadionunda “C” qrupunun ilk oyununda Kolumbiya yığması Yunanıstanı sınağa çəkdi.
Oxu.Az xəbər verir ki, bütün oyun boyu rəqiblərindən üstün olan cənubi amerikalılar 3 xalı 3 qolla qazandılar.
Hesabı 5-ci dəqiqədə Armero açdı. 58-ci dəqiqədə Teofillo Gutyerres fərqi iki topa çatdırdı. Oyunda son nöqtəni isə hakimin əlavə etdiyi 3-cü dəqiqədə Djeyms Rodrigez qoydu.
Kolumbiya 3:0 Yunanıstan. Cənubi amerikalılar layiqli qələbə qazandılar.
Yunanlar isə çempionata məğlubiyyət ilə başladılar. Çətin belə oyunla onlar qrupdan çıxa bilsinlər.
Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !