DÇ 2014: Uruqvay İngiltərəni məğlub etdi, Yaponiya bərabərə qaldı

09:11 | 20.06.2014
DÇ 2014: Uruqvay İngiltərəni məğlub etdi, Yaponiya bərabərə qaldı

DÇ 2014: Uruqvay İngiltərəni məğlub etdi, Yaponiya bərabərə qaldı

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçirilib.C qrupunda Kolumbiya Fil Dişi Sahili yığmasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən liderlərin görüşündə Kolumbiya millisi 2:1 hesabı ilə qələbə qazanıb.Qrupun digər oyunun Yaponiya və Yunanıstan komandaları üz-üzə gəlib. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da verilib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0. D qrupunda bir qarşılaşma keçiriləcək ki, burada da Uruqvay və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə Uruqvaya 1:2 hesabı ilə uduzan ingilislər vəziyyətlərini bir qədər çətinləşdiriblər.   19 İYUNC qrupu21:00. Kolumbiya - Fil Dişi Sahili - 2:1Qollar: Ceyms Rodriqes, 64 (1:0), Kintero,  70 (2:0), Jervinyo, 73 (2:1)03:00. Yaponiya - Yunanıstan - 0:0Qırmızı vərəqə: Katsuranis, 38 (Yunanıstan)D qrupu00:00. Uruqvay - İngiltərə - 2:1 Qollar: Suares, 40 (1:0), Runi, 75 (1:1), Suares, 85 (2:1)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM