DÇ-2022: Üç komanda final mərhələsinə vəsiqə qazanacaq

14:00 | 14.11.2021
DÇ-2022: Üç komanda final mərhələsinə vəsiqə qazanacaq

DÇ-2022: Üç komanda final mərhələsinə vəsiqə qazanacaq

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günün 4 qrupda 10 qarşılaşma oynanılacaq.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır, Priney təmsilçisinə isə heç-heçə də sərf edəcək. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edəcək.
B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməlidir. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.

H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olacaq. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcək.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edəcək. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirib. Şimali Makedoniya qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr
A qrupu
23:45. Lüksemburq - İrlandiya
23:45. Portuqaliya - Serbiya
Xal durumu: Portuqaliya - 17 (7 oyuna), Serbiya - 17 (7), Lüksemburq - 9 (7), İrlandiya - 6 (7), Azərbaycan - 1 (8)
B qrupu
23:45. Yunanıstan - Kosovo
23:45. İspaniya - İsveç
Xal durumu: İspaniya - 16 (7 oyuna), İsveç - 15 (7), Yunanıstan - 9 (7), Gürcüstan - 7 (8), Kosovo - 4 (7)
H qrupu
18:00. Malta - Slovakiya
18:00. Sloveniya - Kipr
18:00. Xorvatiya - Rusiya
Xal durumu: Rusiya - 22, Xorvatiya - 20, Slovakiya - 11, Sloveniya - 11, Malta - 5, Kipr - 5.
J qrupu
21:00. Lixtenşteyn - Rumıniya
21:00. Şimali Makedoniya - İslandiya
21:00. Ermənistan - Almaniya
Xal durumu: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM