DÇ-2022: Lui van Qal italiyalı baş məşqçinin rekordunu təkrarlayıb

10:44 | 26.11.2022
DÇ-2022: Lui van Qal italiyalı baş məşqçinin rekordunu təkrarlayıb

DÇ-2022: Lui van Qal italiyalı baş məşqçinin rekordunu təkrarlayıb

Niderland millisinin baş məşqçisi Lui van Qal vaxtilə İtaliya yığmasına rəhbərlik etmiş Vittorio Pottsonun rekordunu təkrarlayıb.

71 yaşlı mütəxəssis buna Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda Ekvadorla 1:1 hesablı heç-heçə etməklə nail olub.

Mundiallar tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pottsonun göstəricisinə şərik çıxıb. Təcrübəli mütəxəssis bu görüşlərdə 6 qələbə qazanıb, 3 dəfə sülhə razılaşıb.

Pottso isə 1934 - 1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.

Niderland millisi ilk 2 turdan sonra 4 xalla Ekvadorla birliklə 1-2-ci yerləri bölüşdürür. "Narıncılar" qrupda son matçını ev sahibi Qətərə qarşı keçirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb