Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün daha 4 qarşılaşma baş tutub.
İlk öncə D qrupunun iki oyunu keçirilib. Artıq 1/8 finalda oynamaq hüququ əldə edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Qrupunda digər oyununda isə İtaliya və Uruqvay yığmaları qarşılaşıb. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün İtaliyanı bir xal da təmin etməli, Uruqvay isə mütləq qələbə qazanmalı idi. Matçda Uruqvay 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Gecə saatlarında C qrupunun oyunlarına start verilib. 1/8 finala yüksəlmək şanslarını saxlayan Yunanıstan və Fil Dişi Sahili yığmaları münasibətlərinə aydınlıq gətiriblər. 1/8 finala yüksəlmək üçün bu görüşdə Afrika təmsilçisini 1 xal qane etdiyi halda, Yunanıstan millisi mütləq qələbə qazanmalı idi ki, avropalılar bunu bacarıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yunanlar 1/8 final mərhələsinə yüksəliblər.
Digər oyunda Yaponiya Kolumbiya millisi ilə qarşılaşıb. Artıq 1/8 finala vəsiqəni təmin edən Kolumbiya yığması üçün bu görüş formal xarakter daşıyırdl. Yaponiya millisini isə yalnız 3 xal qane edirdi. Qarşılaşma Kolumbiyanın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. Bununla da Kolumbiya 1/8 finala qrup lideri kimi çıxıb. Fil Dişi sahili və Yaponiya milliləri isə mundialla vidalaşıb.
24 İyun
C qrupu
01:00. Yunanıstan - Fil Dişi Sahili - 2:1
Qollr: Samaris, 43 (1:0), Boni, 80 (1:1), Samaras, 90+2-pen. (2:1)
01:00. Yaponiya - Kolumbiya - 1:4
Qollar: Kuadrado, 16-pen. (0:1), Okzaki, 45+1 (1:1), Martinez, 55 (1:2), 82 (1:3), Rodrigez, 90 (1:4)
ANN.Az