Dağ çaylarında sululuq artıb

14:20 | 14.04.2017
Dağ çaylarında sululuq artıb

Dağ çaylarında sululuq artıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ötən günlər ərzində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub.
 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə  30-40  faizini təşkil edir.
 
Tranzit çaylara gəlincə, aprelin 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 243 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 314 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.  Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
 
Aprelin 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 24, Salyanda 6, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Surrada isə 2 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il aprelin 14-də 410 sm), Şirvanda 271 sm (2016-cı il aprelin 14-də 285 sm), Salyanda 210 sm (2016-cı il aprelin 14-də 217 sm), Bankədə 185 sm (2016-cı il aprelin 14-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2016-cı il aprelin 14-də 116 sm) təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM