Bakı Dağ Yəhudilər İcması İdarə heyətinin qərarı və iştirakı ilə Binə Qəsəbəsində fəaliyət göstərən və kimsəsiz usaqlara himayədarlıq edən “Ümüd Yeri” uşaq evi ziyarət edilib. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının mətbuat xidmətinin katibi Murad Salmanovun ANN.Az-a verdiyi məlumata görə, ziyarətin məqsədi kimsəsiz uşaqların gələcək yeni illərini təbrik etmək və onlarla görüşmək olub. Nəzərinizə çatdıraq ki, uşaq evində 35 dən yuxarı uşaq yaşayır. Onların arasında az yaşlı və məktəbli uşaqlar da var. Ziyarət zamanı uşaq evinin sədri Şahin Novruzov uşaqlar haqqında məlumat verərək uşaq evinin gələcək perspektivindən danışıb. O, bildirib ki, həmin uşaq evində böyümüş iki gəncin toy mərasiminə hazırlıq görülür. O, toy mərasimində Dağ Yəhudiliəri icmasının da iştirakını arzuladığını bildirib. İcmanın idarə heyətinin üzvü Danilov Av Shalom öz uşaqlıq xatirələrindən söhbət edərək uşaq evində böyüməsidən və oradakı maraqlı uşaqlıq illərindən söhbət açıb. Söhbət zamanı icmanın sədri Milix Yevdayev Azərbaycanda hökm sürən yüksək tolerantlıq və əmin-amanlıq şəraitinin çox yüksək olmasını qeyd edib və bildirib ki, Azərbaycan Dağ Yəhudiləri İcması bundan sonra da Allaha xoş gedən işlərdə həmişə iştirak etmək niyyətindədir. Həmçinin Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti, həm də “Ümid Yeri” uşaq evinin psixoloqu Elmira Mirzəyeva kimsəsiz uşaqlardan, onların valideyin şəfqətindən məhrum olmasından danışıb. Sonda mehriban söhbətdən sonra uşaqlarla xatirə şəkili çəkilib.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !