Daha 14 ölkənin vətəndaşı Azərbaycana gələ bilər

22:54 | 19.05.2022
Daha 14 ölkənin vətəndaşı  Azərbaycana gələ bilər

Daha 14 ölkənin vətəndaşı Azərbaycana gələ bilər

Azərbaycan hökuməti  daha 14 ölkənin vətəndaşlarına hava yolu ilə ölkəyə daxil olmağa icazə verib. 

"Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il mayın 20-dən 14 ölkənin vətəndaşlarına və bu ölkələrdə daimi yaşayan əcnəbilərə, habelə vətəndaşlığı olmayan şəxslərə 2022-ci il mayın 20-dən hava nəqliyyatı ilə Azərbaycana gəlib-getməyə icazə veriləcək”, - Nazirlər Kabinetininyaydığı xəbərdə bildirilir.

Siyahıya Bolqarıstan, Butan, Cənubi Afrika, Qvatemala, Laos, Livan, Mavrikiy, Misir, Myanma, Nepal, Paraqvay, Şimali Makedoniya, Şri-Lanka və Vyetnam daxildir.

Müvafiq sərəncamı cümə axşamı Baş Nazir Əli Əsədov imzalayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM