Daha 150 nəfər Cəbrayıla köçüb

09:27 | 07.11.2024
Daha 150 nəfər  Cəbrayıla köçüb

Daha 150 nəfər Cəbrayıla köçüb

Noyabrın 7-də Cəbrayıla 30 ailə olmaqla 150 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.


Bununla da Cəbrayıla 163 ailə olmaq 583 nəfərin köçürülməsi təmin olunub.

Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.

İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.

Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM