Daha 54 nəfər koronavirusa yoluxdu

18:30 | 20.05.2020
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində 54 nəfər koronavirusa yoluxub.
 
Anews.az-ın xəbərinə görə, son sutka ərzində kənd sakinlərindən daha dördündə virusa yoluxma təsdiqlənib. 
 
Qeyd edək ki, aprelin 25-dən etibarən kənddə sərt karantin rejimi qüvvədədir. Bolnisi rayonunda virusa yoluxma hallarının sayının 160-a çatdığı bildirilib. Qeyd olunub ki, yoluxanlardan 66 nəfər sağalıb,  üç nəfər isə vəfat edib.APA

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti