Daha bir azərbaycanlı futbolçu yeni mövsümdən birinci divizion təmsilçisi "Qaziantep Büyükşehir Belediyespor"da çıxış edəcək.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, U-21 millimizin üzvü Rəhman Hacıyev sözügedən kluba transfer olunub. O, "Qaziantep Büyükşehir Belediyespor"la bir illik müqavilə imzalayıb.
Məlumatı klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz də təsdiqləyib.
Qeyd edək ki, müqavilə ilə "Bakı"ya məxsus olan R.Hacıyev ötən mövsüm "Sumqayıt"da icarə əsasında oynayıb.
Xatırladaq ki, "Qaziantep Büyükşehir Belediyespor" bundan əvvəl Vaqif Cavadovu heyətinə cəlb edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !