Axar.az "Kavpolit”ə istinadən xəbər verir ki, Yəhya Hacıyevin müavini Əli Xasbulatov Dərbəndin yeni icra başçısı təyin edilib.
Məlumata görə, Hacıyev bu gün komandasını toplayaraq onlara təşəkkür edib və vəzifəsindən getdiyini açıqlayıb.
Qeyd edək ki, bir müddət öncə Dərbənd meri Qurban Qurbanov Ramazan Abdullatipov tərəfindən vaxtından tez istefaya göndərilmişdi. Daha sonra bölgəyə Prezident Administrasiyasının rəhbəri Ramazan Aliyevi göndərən Abdullatipov Qurbanovun əsas dayaqlarını zəiflətməyi bacarmışdı.
Azərbaycanlı Yəhya Hacıyevin meri əvəz etdiyi müddətdə soydaşlarımız əsas vəzifələrdən kənarlaşdırıldı və yerlərinə ləzgi və avarlar gətirildi. Məlumata görə, hakimiyyətdə güvənilməyən və Q.Qurbanovun kadrı sayılan Y.Hacıyev demək olar ki, bu müddətdə heç nəyə müdaxilə edə bilməyib.
İndi isə Y.Hacıyevin özü də ləzgi Xasbulatovla əvəzlənib.
Dərbənddəki mənbələr Axar.az-a bildirdilər ki, Xaspulatov bu vəzifəyə təyin edilənə qədər azərbaycanlılar içərisində heç də mənfi imiclə tanınmayıb, əksinə, soydaşlarımız ona hörmətlə yanaşırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !