Daha bir Azərbaycanlı aktrisa türklə ailə həyatı qurdu - FOTOLAR

11:36 | 13.09.2017
Daha bir Azərbaycanlı aktrisa türklə ailə həyatı qurdu - FOTOLAR

Daha bir Azərbaycanlı aktrisa türklə ailə həyatı qurdu - FOTOLAR

Dünən gənc aktrisa, ifaçı Vüsalə Bəşirova ailə həyatı qurdu. Bakı Uşaq Teatrının sevilən aktrisası Vüsalə türk vətəndaşı Emrah Çakırla evləndi. İfaçının xoş gününə teatrın yaradıcı heyəti, sənət dostları və onu sevənlər qatılmışdı.

Gecədə əsasən türk və Azərbaycan mahnıları ifa olundu.  Vüsalə Bəşirova həyat yoldaşına  "Bağdat” mahnısını ithaf etdi.

Bundan sonra da Türkiyədə yaşamağa qərar verən ifaçı yaradıcılığını artıq qardaş ölkədə davam etdirəcək. Bakıdakı teatr kollektivi  və sənət dostları ilə daim əlaqə saxlayacağını, bundan sonra da onlarla işbirliyini davam etdirəcəyini deyən aktrisa Çakır soy adı ilə yeni obrazlar yaradacaq.   

İfaçının sentyabrın 4-də oğlan toyu olub. OnunAzərbaycanda ikinci toy etməkdə məqsədi həyat yoldaşına Azərbaycan adətlərini öyrətmək və bizim milli metalitetlə tanış etməkdən ibarət olub. Toyda yoldaşı ilə Azərbaycanca danışan Vüsalə ona Azərbaycan dilini öyrtdiyini və bizim dilimizin bilməyinin onun üçün önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, aktrisa Azərbaycanda "Qaynana", "Həyat varsa", "Babayevlər", "Hippokrat andı", "Kolxoz 85" kimi seriallarda da rol alıb. Bundan başqa, Türkiyədə "Beni Affet” serialında kiçik obrazı ilə yaddaşlarda qalmağı bacarıb.
 
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM