Daha bir azərbaycanlı məktəbli MIT-yə qəbul olub

15:40 | 15.03.2023
Daha bir azərbaycanlı məktəbli dünya universitetlərinin reytinq lideri Massaçussets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul alıb.

Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Bildirilib ki, Fidan Qarayeva fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdidir.

O, həmçinini riyaziyyat fənni üzrə Respublika və Beynəxalq Olimpiadaların qalibi olub.

Bu gün Fidanla yanaşı Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı da Massaçusets Texnologiya İnstitutuna (MIT) bakalavr üzrə qəbul olub.

Nüfuzlu beynəlxalq təşkilatlar ABŞ-ın Massaçusets Texnologiya İnstitutunu (MIT) dünyanın 1 nömrəli ali təhsil ocağı hesab edirlər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb