Daha bir benzin markasının qiyməti bahalaşdı

11:54 | 13.07.2022
Daha bir benzin markasının qiyməti bahalaşdı

Daha bir benzin markasının qiyməti bahalaşdı

Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb. 

"SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: "Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb. 

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin payına düşür. 

Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.


Ötən gün Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb