Daha bir deputatın biznesi: Ticarət mərkəzi tikdirib - FOTO

14:19 | 15.08.2019
Daha bir deputatın biznesi: Ticarət mərkəzi tikdirib - FOTO

Daha bir deputatın biznesi: Ticarət mərkəzi tikdirib - FOTO

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib


Anews.az xəbər verir ki, bu barədə araşdırmaçı Cavanşir Həsənli məlumat yayıb.


O bildirib ki, Milli Məclisin deputatı Azər Badamov sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib: " YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib".


Jurnalist bildirib ki, Azərbaycan Repsublikasının Konstitusiya görə, Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir, lakin vəzifəli şəxslər və deputatlar qanunvericiliyə əməl etmirlər.


Azər Badamov isə yayılan məlumatla bağlı açıqlama verməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb