Daha bir güləşçimiz AÇ-də erməni rəqibini məğlub etdi

22:30 | 08.06.2019
Daha bir güləşçimiz AÇ-də erməni rəqibini məğlub etdi

Daha bir güləşçimiz AÇ-də erməni rəqibini məğlub etdi

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında daha bir idmançımız erməni rəqibindən üstün olub.
Oxu.Az-ın xəbərinə görə, 125 kq çəki dərəcəsində mübarizə aparan İslam Abuyev 1/4 finalda Ermənistan idmançısı Aşot Ruşanyanı 2:0 hesabı ilə məğlub edib.

O, yarımfinalda rusiyalı Saypuddin Məhəmmədovla qarşılaşacaq.
Qeyd edək ki, bu qitə birinciliyində Azərbaycan güləşçiləri üç dəfə prinsipial görüşə çıxıb və hər üçündə qalib gəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb