Bu barədə Modern.az-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısı bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !