Daha bir icra başçısı vəzifəsindən azad edildi

17:06 | 04.03.2016
Daha bir icra başçısı vəzifəsindən azad edildi

Daha bir icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Tahir Abuzər oğlu Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə onun yerinə Sevindik Hətəmov təyin edilib.

S.Hətəmov bu günədək Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM