Daha bir ölkə başçısı I Avropa Oyunlarına görə Bakıya gəlir

11:02 | 12.06.2015
Daha bir ölkə başçısı I Avropa Oyunlarına görə Bakıya gəlir

Daha bir ölkə başçısı I Avropa Oyunlarına görə Bakıya gəlir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.
 
Trend bu barədə Türkmənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Türkmənistan Prezidentinin səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər planlaşdırılıb. Görüşlərdə idman sahəsi də daxil olmaqla, bir sıra əsas istiqamətlər üzrə qarşılıqlı əlaqələr müzakirə olunacaq.

Məlumatda həmçinin qeyd edilib ki, bu gün idman qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar və perspektivlər təklif edir: "İdman müxtəlif mədəniyyət və regionların yaxınlaşmasında aparıcı rol oynamaqla ümumi xoşbəxt gələcək üçün sülhün bərqərar olmasına və konstruktiv dialoqa xidmət edir”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM