ANN.Az Azvision.az-a istinadən xəbər verir ki, Belçika xarici işlər naziri Didye Reynders bəyan edib ki, ölkə parlamentinin deputatlarının böyük əksəriyyəti Fələstin məsələsində məhz bu ideyanı müdafiə edir: "Biz Fələstin dövlətinin tanınması ideyasını dəstəkləyirik. Fələstin–İsrail münaqişəsi regionda iki dövlətin yaranması ilə bitməlidir”.
Qeyd edək ki, Fransa parlamenti dekabrın ikisi keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib. Səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib.
Qeyd edək ki, indiyədək 135 ölkə Fələstin Dövlətini tanıyıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !