Daha bir ölkə İranla əlaqələri dayandırdı

21:07 | 23.02.2020
Daha bir ölkə İranla əlaqələri dayandırdı

Daha bir ölkə İranla əlaqələri dayandırdı

Əfqanıstan koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini müvəqqəti dayandırıb.

Bu barədə Əfqanıstan Prezidentinin Milli Təhlükəsizlik üzrə müşavirinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Əfqanıstan virus təhlükəsi ilə bağlı İranla yerüstü, o cümlədən hava nəqliyyatının dayandırılmasına qərar verib. Əfqanıstan İran və Pakistandan toyu və yumurta idxalına da müvəqqəti qadağa qoyub.

İranın bu ölkədəki konsulluğu da koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Qeyd edək ki, indiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb. İlk yoluxma halı Qumm şəhərində qeydə alınıb.

Həmçinin Pakistan da koronavirus səbəbindən İranla Taftandakı sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM