Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı - ÖLƏN ŞƏXS SABİQ KLUB PREZİDENTİDİR

10:59 | 01.04.2020
Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı - ÖLƏN ŞƏXS SABİQ KLUB PREZİDENTİDİR

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı - ÖLƏN ŞƏXS SABİQ KLUB PREZİDENTİDİR

Fransanın "Olimpik" klubunun sabiq prezidenti Pape Diouf koronavirusdan dünyasını dəyişib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı P. Dioufun Seneqalın paytaxtı Dakarda süni nəfəs aparatına qoşularaq müalicəsi aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Pape Diouf 2005-2009-cu illərdə Marsel təmsilçisinə rəhbərlik edib.

Xatırladaq ki, Seneqaldakı son məlumatlara görə, bu günə qədər 175 nəfər koronavirusa yoluxub. Onlardan 40-ı sağalıb, 1-i isə dünyasını dəyişib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM