Daha bir məktəbdə rüşvət qalmaqalı

15:10 | 21.05.2022
Daha bir məktəbdə rüşvət qalmaqalı

Daha bir məktəbdə rüşvət qalmaqalı

Bakıda daha bir orta məktəbdə rüşvət qalmaqalı baş verib.
 
Bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli məktəbin şagirdi Əli Əzizlinin babası şagirdlərdən pul yığılmasına etiraz edərək sözügedən məktəbin rəhbərliyi ilə görüşmək istəsə də, buna nail ola bilməyib.

O, iddia edib ki, məktəbin direktoru nəvəsinin valideyninə bildirib ki, pul verməsə, uşağını məktəbdən çıxaracaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, qurum baş vermiş hadisədən və iddialardan xəbərdardır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM