Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel” markalı avtomobilə çırpılıb.
A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
Bildirildiyinə görə, A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !