Daha bir məşhur aktyor dünyasını dəyişdi – FOTO

19:51 | 08.07.2021
Daha bir məşhur aktyor dünyasını dəyişdi – FOTO

Daha bir məşhur aktyor dünyasını dəyişdi – FOTO

Məşhur Hind aktyoru, rejissor və film prodüseri Dilip Kumar (əsl adı Məhəmməd Yusuf Karaca)dünyasını dəyişib.

Anews.az Manset.az-a istinadla xəbər verir ki, bu barədə aktyorun ailə dostu Faysal Faruqi paylaşım edib.

99 yaşlı D.Kumar uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib.
Qeyd edək ki, aktyor 1944-1961-ci illər arasında eşq hekayələrində və faciəvi filmlərdə müxtəlif rollar ifa edib. O, karyerası başa çatanadək 60-dan artıq filmlərə çəkilib.

D.Kumar "Qanqa Camna”,"Babul”, "Ram və Şam”, "Dastan”, "Madhumati” ,"Tarana”, "Naya dauz”, "İnsaniyyət”, "Saqina”, "Şahid”, "Şikəst”(1953), "Vidata”, "Jar Bata”, "Naukadili” və s. filmlərə çəkilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM