Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

16:22 | 10.12.2018
Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

Mən özüm ali təhsilliyəm. Yeddinci sinifdə oxuyan qızla ailə qurmuşam, sabah mənim başıma qaxınc olmasın. Mən onu məktəbdən çıxarmışam. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm.

Bunu "Space” kanalında yayımlanan "El bizim, sirr bizim” verilişinin qonağı özü etiraf edib. 

Verilişdə qonaqlar arasında yaranmış mübahisə qəribə açıqlamalarla nəticələnib. Belə ki, müəllim olduğunu söyləyən Mirismayıl Xələfli öz xanımı ilə hələ yeddinci sinifdə oxuyarkən evləndiyini söyləyib.

"Bunu ona görə etdim ki, o işləməsin və sonra mənə deməsin ki, işdən yorğun gəlmişəm, mən yemək bişirə bilmərəm. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm”.

Bu fikirlərin qarşısında digər qonaq müəllimin bu hərəkətini qınadığını və bunun pedofillik olduğunu bildirib.

Həmin görüntüləri təqdim edirik:
 

oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM