Daha bir nazirlik “ASAN ödəniş” sisteminə qoşuldu

15:08 | 26.10.2015
Daha bir nazirlik “ASAN ödəniş” sisteminə qoşuldu

Daha bir nazirlik “ASAN ödəniş” sisteminə qoşuldu

Nazirlik məlumat yaydı.

Maliyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr "ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.

Maliyyə Nazirliyinin Kollegiyası bununla bağlı "Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edib.
 
Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün "ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində "ASAN ödəniş” sisteminə ötürəcək.

Qeyd edək ki, indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyidə bu sistemə qoşulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM