Daha bir nazirlik büdcəni "sağa-sola" xərclədi

16:23 | 11.04.2017
Daha bir nazirlik büdcəni

Daha bir nazirlik büdcəni "sağa-sola" xərclədi

Azərbaycanın Gənclər və İdman Nazirliyi, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Azərbaycanın NATO təşkilatında nümayəndəliyi, "Azərsu", "Azərkosmos" ASC, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.

ANN.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.
 
Hesabatda qeyd olunur ki, aparılmış audit nəticəsində  Gənclər və İdman Nazirliyində, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, "Azərsu", "Azərkosmos" ASC-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində aşkarlanan büdcə pozuntularından 25,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanılması təmin olunub.
 
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM