• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
10.07.2024 22:02
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə daha bir neçə avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə AYNA-dan məlumat verilib.

Müsabiqəyə çıxarılan avtobuslar - Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı marşrutlarıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;
Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;

Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;

Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;

paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Cəmiyyət 23:01
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Cəmiyyət 22:27
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Bakıda sürət qatarı piyadanı vurub
Cəmiyyət 21:55
Bakıda sürət qatarı piyadanı vurub
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol