“Daha bir neçə qurum birləşdirilə bilər” - Zahid Oruc

14:35 | 13.02.2015
“Daha bir neçə qurum birləşdirilə bilər” - Zahid Oruc

“Daha bir neçə qurum birləşdirilə bilər” - Zahid Oruc

Azərbaycan parlamentində bəzi dövlət qurumlarının birləşdirilməsi təklif edilib. 

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc çıxış edib.

Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin isə İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi təklif edilir.

İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı son günlər ölkə başçısının apardığı islahatları müsbət qiymətləndirən Z.Oruc bildirib ki, bu, o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq: "Onlar öz ixtisaslarına görə işlə təmin ediləcək, digər qurumlarda yerləşdiriləcəklər və bununla bağlı qaydalar da mövcuddur”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM