Daha bir nüfuzlu təşkilat Rusiyaya qapılarını bağlayır

17:58 | 13.03.2014
Daha bir nüfuzlu təşkilat Rusiyaya qapılarını bağlayır

Daha bir nüfuzlu təşkilat Rusiyaya qapılarını bağlayır

İƏİT Rusiyanın təşkilata daxil olmasına hazırlığı dayandırır
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Rusiyanın təşkilata daxil olmasına hazırlıq prosesini dayandırır. Trend-in məlumatına görə, bu barədə "Praym" agentliyi İƏİT-ə istinadən xəbər yayıb.
Təşkilatın üzvlərinin xahişi ilə baş katib bu barədə Rusiyanı məlumatlandırıb.
Məlumatda deyilir: "İƏİT-ə üzv olan ölkələr habelə qərara alıblar ki, qurum Ukraynanın İƏİT ilə bu ölkə arasında əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinə yönəlmiş xahişinə müsbət cavab versin".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM