Daha bir piyada keçidinin açılacağı tarix bilindi

13:01 | 14.01.2014
Daha bir piyada keçidinin açılacağı tarix bilindi

Daha bir piyada keçidinin açılacağı tarix bilindi

Bakıda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoyub. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.Onun sözlərinə görə, uzun sürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçülürüb: "Piyada keçidinin uzunluğu 88, eni 8 metr, hündürlüyü 3,23 metr olacaq. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilib. Hazırda 24 metr məsafədə istinad divarının armaturlarlanması işi gedir. Yaxın 3-4 gün ərzində həmin mesafədə beton tökmə işlərinə başlanacaq. Hava əlverişli keçərsə, bu ayın sonunadək işlərin 50 fazini yerinə yetirmək mümkün olacaq. Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM