Daha bir Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub

12:23 | 06.10.2015
Daha bir Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub

Daha bir Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub

Suriyada hərbi əməliyyat keçirən Rusiyaya məxsus hərbi təyyarələrdən biri Türkiyənin hava məkanını oktyabrın 4-də də  pozub.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.
 
İnsidentlə əlaqədar rəsmi Ankara Rusiyanın səfirini yenidən çağıraraq etirazını bildirəcək.
 
Qeyd edək ki, oktyabrın 3-də baş vermiş insidentlə əlaqədar Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu rusiyalı həmkarı Sergey Lavrova etirazını bildirmişdi.
 
Rusiya Müdafiə Nazirliyi isə hadisəni əlverişsiz hava şəraiti ilə əlaqələndirərək, belə halların qarşısını almaq üçün bütün zəruri tədbirlər görüldüyünü qeyd etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM