Vətən Müharibəsində qəhərmanlıq dastanı yazan şəhid polkovnik-leytenant Orxan Əkbərovun anım günüdür.
"Qafqazinfo" xəbər verir ki, qəhrəmanın şəhidliyinin birinci ildönümündə onun doğulub boya-başa çatdığı ata ocağı ziyarət olunub
Orxan Nadir oğlu Əkbərov Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını dağıdıb. Kənd Horadiz istiqamətində meşədə 200-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərib. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 6 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandarliyi ilə Azərbaycan əsgəri tərəfindən məhv edib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərinin və şəhidinin döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə "biz (özü ilə birgə 8 silahdaş) müdafiədəyik, siz onları döyüş meydandanından çıxarın” əmrini verib.
Orxan Əkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirib. 2005-ci ildə Təlim Tədris Mərkəzində hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki "N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanıb.
2019-cu ildən cəbhə bölgəsində "N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib.
Vətən muharibəsindəki şücaətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
38 yaşlı qəhrəmanımız ailəli olub, Çingiz və Sevil adlı iki övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !